Məhsul kodu: 11978
İndividual psixologiya Adlerin yaratdığı, həyat ilə fərd arasındakı bütün münasibətləri daha əvvəl ifadə edilməmiş tərzdə ələ alan cərəyandır. Bu cərəyan şüuraltını və onun üzə vurma şəklini anlamağa, natamamlıq kompleksindən nevrotik və ya deviant davranışlara qədər həyata aid insanın inkişaf etdirdiyi bütün üslubları incələməkdə yolumuza işıq salır. Həzzi, evliliyi, kişi və qadın arasındakı fərqi, azadlığı, ağrını, inkişaf problemlərini və hətta yuxuları belə anlamaqda bizə yol göstərir. Fərdin düşüncələrini anlamağa, həyat problemləri qarşısında aldığı vəziyyəti öyrənməyə, qısası, həyat mənasını araşdırmağa əlverişli heç bir vasitə və yolu gözardı etməməliyik. Fərdin həyat mənası haqqında düşüncələrini incələmək faydalıdır. Çünki onun düşüncələrini, hiss və fəaliyyətini istiqamətləndirən şey budur. Buradan da anlaşıldığı kimi, həyatın həqiqi mənası fərdin yersiz davranışlarında göstərdiyi dözümlülükdə aşkar olur. Öyrənmə, təhsil və müalicə metodu bu iki göstərici: həyatın həqiqi mənası və fərdin yersiz davranışı arasında körpü qurur və ya bunları birləşdirir.