Məhsul kodu: 11975
Fəqət hər kim ki qəti surətdə bir filosof olmaq istəyərsə, o gərək bəşəri biliyin ən uzaq və əks qütblərdəki hüdudlarını öz başının içində birləşdirsin, zira bunlar onun zehnində bir yerə toplanmazsa, başqa harada toplana bilərlər ki? Birincidərəcəli zəkalar heç zaman mütəxəssis olmazlar. Çünki onlar yaradılışları etibarilə həyatın bu və ya digər bir sahəsini deyil, onun bütününü dolğunluqla əsas məsələ halına gətirirlər və onların hər biri bu mövzuda bəşəriyyətə bu və ya digər formada, bu və ya digər tərzdə yeni nəticələr, biliklər, xülasələr və fikirlər təqdim edirlər. Zira bütün ömrü boyunca hansısa nəsnələr arasındakı əlaqələrin izahatı üzərində çalışan bir kəs deyil, yalnız əşyaların ümumiliyini və ümumi mahiyyətini, həyatın bütövlüyünü və böyüklüyünü öz axtarışlarının mövzusu edən insan dahi adına layiqdir.