Məhsul kodu: 11953
“Mənim universitetlərim” məşhur Rusiya yazıçısı Maksim Qorkinin avtobioqrafik trilogiyasının sonuncu povestidir. “Uşaqlıq” və “Özgə qapılarında” povestlərində olduğu kimi, Qorki bu əsərində də rahat və hamar olmayan həyatına nəzər salır.
Povestin qəhrəmanı Aleksey Peşkov (Qorkinin əsl adı və soyadı) Kazan universitetinə daxil olmaq istəsə də, özünü dolandırmaq üçün ağır işlərdə çalışmaq məcburiyyətində qalır və onun “universitetləri” həyatın özü olur. Bu əsərdəki həyat pisdir, çox pisdir, amma, hər halda, ümidsiz deyil.
Tənqidçilər Qorkinin trilogiyasını onun yaradıcılığında dönüş nöqtəsi hesab edir. Bir çoxlarının fikrincə, bu povestlərdə Qorki özünü əsl realist kimi göstərir. Tənqidçi Svyatopolk-Mirski isə “Mənim universitetlərim”i belə qiymətləndirir: “Qorkinin avtobioqrafiyası dünyanın ən qəribə avtobioqrafiyasıdır. Çünki o, bu kitabda özündən başqa hamıdan və hər şeydən danışır”.
Qorki məkrublarından birində “Mənim universitetlərim” povesti haqqında yazır: “...mən özümdən yox, sadə rusların darıxdırıcı, darısqal həyatından danışıram”.