Məhsul kodu: 11950
Bir dəfə monstrların su altında nəfəs alıb-almadığını soruşanda atam mənə demişdi: “Qurtar bu qulyabanı söhbətini, Mikele. Qulyabanılar olmur. Ruhlar, qulyabanılar, ifritələr – bunların hamısı sənin kimi sadəlövh insanları qorxutmaq üçün uydurulmuş cəfəngiyyatdan başqa bir şey deyil. Sən monstrlardan deyil, insanlardan qorx”.
Aqua Traverse – İtaliyanın cənubunda kiçik, yoxsul bir sərhəd kəndi. Fəsillərdən yay, günəş göydən od ələyir. Böyüklər evdə gizlənir, uşaqlarsa bütün günü həyətdə oynayırlar. Mikele adlı oğlan da onların arasındadır.
Bir gün uşaqlar yarış keçirməyə qərar verirlər, uzaqdakı təpəyə axırıncı çatan cəzalandırılacaq. İşə bax ki, eynəyi sınan bacısı Mariya ucbatından Mikele axırıncı olur, cəzası isə xaraba bir evin bu qapısından girib, o qapısından çıxmaqdır. Mikele xarabalıqda təsadüfən elə bir şeyə rast gəlir ki, bunu kimsəyə açıb deyə bilmir, onu sirr kimi saxlamalı olur.
Mikelenin sirri onun uşaq fantaziyaları ilə, qulyabanılarla, kabuslarla birləşəndə elə bir ürkütücü mənzərə yaranır ki, o dürüstlüyü ilə ailəsinə sevgisinin arasında paralınmalı olur. Beləcə məsum uşaq dünyası pul hərisi böyüklərin tamahkarlığı ilə toqquşur.
Uşaqların zəngin təxəyyülünü məharətlə işləyən Nikkolo Ammaniti təbiətdə və insanda mövcud olan gözəlliklə çirkinliyi, onların aralarındakı təzadı müxtəlif metaforlarla ustalıqla çatdırmağı bacarır.
“Nikkolo Ammaniti istedadlı yazıçıdır, onun günəş altında qovrulan İtaliya torpağının təsvirləri oxucunun barmaq uclarını yandırır... Romanın kədərli sonu isə lap Folknersayağıdır. Buyurun oxuyun, həzz alın.
– ”San Francisco Chronicle”
“Ammaniti detalları təsvir etməkdə kinomatoqrafik istedada malikdir... onda çox inandırıcı alınır”.
– “The New Yorker”