Məhsul kodu: 11940
İnam, ümid və qorqonzola məşhur danimarkalı uşaq yazarı Lars Daneskovun 5 cildlik Anton və pendir seriyasının ilk kitabıdır. Kitabın qəhrəmanı beş yaşlı Anton anası ilə bərabər kiçik bir şəhərdə balaca bir evdə yaşayır. Antonun anasının bir Pendir evi var və bu qadın dünyadakı bütün pendirlərin adını bilir. Antonun valideyinləri boşanıb və o, atasını çox nadir hallarda görür. Bu kitabda siz Danimarkada yalnız ana ilə yaşayan uşağın yaşamından, seçimlərindən, ümidlərindən və ətraf aləmlə münasibətindən xəbər tutacaqsınız. Əyləncə, çoxlu gülüş və düşündürücü Danimarka tərbiyə metodu ilə tanışlıq sizi gözləyir.