Susqunluğun Anatomiyası

Məhsul kodu: 11750

  • 12 AZN
  • 9.6 AZN


Müəllif
Heydər Camal
Kateqoriya
Fəlsəfə
Nəşriyyat
Başla Kitab
Səhifə
284
Tərcümə
Təmin edilmə
1-3 İş günü
Stock
99

Qısa məzmun

“Camalı nə adla oxumalıyıq?” sualının cavabı bu son məcmudadır. Onun əvvəlki dövrlərində təsvir etdiyi və oxucularını hazırladığı intellektual macərası burada sonlanır. Onun düşüncəsi burada evindədir. Çünki olduqca abstrakt səviyyədə irəliləyən teologiyaya giriş xarakterli öncəki yazılarda məzmun axtarışında olan formanı görmək mümkündür ki, bu məcmuda forma məzmuna qovuşur, mücərrədlik itir: İslam siyasi teologiya üçün zəmindir.
Yuxarıdakı iddianı inandırıcı etmək üçün Camalın intellektual seyrinə qısa şəkildə nəzər yetirmək faydalıdır. Fəlsəfi-metafizik instinktlə “Южинский кружок”da başlayan bu macərada latent halda islami təfəkkürün tumurcuqları olsa da, bu dövrə əsasən fəlsəfi instrumentarilərlə rasional mühakimələr hakimdir. Bu erkən dövrü o, “Oriyentasiya - Şimal” əsərilə tamamlayır və ardınca mistik təcrübələr yaşadığı Tacikistana gedir. Bu əsər teologiyanın apogeyi, yaxud tövhidin olduqca fəlsəfi dildə formal ifadəsidir.
İkinci mərhələdə Heydər Camal intellektual sərmayəsilə bu yeni diskursun təməllərini möhkəmləndirir, yeni disiplin və yanaşmaları zəruri edən böhranı əsaslandırmağa çalışır. Burada Camalın teoloji məzmunu gözəyarı görünür və bu dövr onun teologiyası baxımından perigeydir. Camal diskursunun zəminini təşkil edən teologiyaya burada çox yaxındır. Bu dövrdəki dayanacaqları “Yeni teologiya” kitabında görmək olar.
Həmin kitabın birinci “Ənənə və Reallıq” hissəsində qneseoloji olaraq Ənənə və Reallığın nə olması diskursa preambula olaraq təsvir edilir. Kitabın adını götürdüyü ikinci hissədə Camal öz teoloji təfəkkür formasını abstrakt fəlsəfi dildə formal olaraq ifadə edir və bunu tarixi perspektivdən əsaslandırır: süjet mərkəzli təfəkkür obyekt mərkəzli düşüncəyə qarşı. Üçüncü hissədə (“Zamanın mənası”) təsvir olunan böhran və onun alternativi olaraq Yeni teologiya özünə İslami zəmin təşkil etməyə çalışır. Bu mühazirələrdə Camal eyni zamanda teologiyanın sosial siyasi səviyyədə əsasını qoyub ondan qaynaqlanan müxtəlif yeni disiplinlərə giriş verir. Bu cəmlənmə dövrü nəhayət əlinizdəki kitabın son məqaləsilə öz konkret formasına bürünür.
Təbii ki, yazıların yarımçıq olmağı müəllifin düşüncələrini müəyyən qədər anlaşılmaz edir, lakin bu yazılarda Camal düşüncə tarixində bənzəri olmayan şəkildə Şəri müstəqil olaraq əsaslandırmağa çalışır. Bu baxımdan əlinizdəki məcmu Heydər Camalın özünü ən dərin şəkildə ifadə etdiyi yazılarıdır. Camalın bu yazılarda məxsusi ezoterik meydanoxuması qnostik təlimədir və bu səbəblə daha iti və nəhəng intellektual qavrayış tələb edir.
Bu kitab hələ də bədənsiz ruh kimi gəzən və öz zəminini tapmayan İslam düşüncəsinə töhfədir. Beləliklə, oxucu, Nikolay Qumilyovun dediyi kimi, zirehlənmiş konkvistador kimi ulduzları izləyəcək, əngin uçurumlardan keçəcək, şən bağçalarda dincələcək.


Çatdırılma şərtləri

Metrodaxili
2 AZN
Şəhərdaxili
3 AZN
Sumqayıt və ətraf ərazilər
5 AZN
Bölgələr
Bir kitab : 3.5 AZN
İki kitab : Hər kitaba görə 2.5 AZN
Üç və dörd kitab : Hər kitaba görə 1.8 AZN
Beş - yeddi kitab : Hər kitaba 1.5 AZN
Səkkiz və on kitab : Hər kitaba görə 1 AZN
On bir və daha artıq kitab : Hər kitaba görə 0.7 AZN

Rəy bildirin

Oxşar kitablar