Məhsul kodu: 11610
Eric Hobsbawm (1917 - 2012) Britaniyalı marksist tarixçidir. Əsasən, sənaye kapitalizmi, sosializm və milliyyətçiliyin yüksəlişi üzrə apardığı araşdırmaları ilə məşhurdur. 1978-ci ildən bəri Britaniya Akademi - yasının üzvüdür. 1900-cü ildən sonrakı Avropa tarixi araşdırmalarına əvəzedilməz töhfələrinə görə 2003-cü ildə Balzan mükafatına layiq görülüb.
1970-ci ildən bəri millətlər və milliyətçilik - program, mif, reallıq. Modern tarixçiliyin ən əhəmiyyətli simalarından biri olan Erik Hobsbawm millətşünaslığın klassikalarından birinə çevrilmiş bu əsərində millətləri və milliyyətçiliyi tarixi perspektiv içinə yerləşdirərək, onların modernliklə birlikdə ortaya çıxdığını iddia edir. Bu məqsədlə, o, 19-cu əsrdən başlayaraq,
əvvəl Fransa və İngiltərəni, sonra isə daha geniş çoğrafiyanı əhatə edən, bir-birilə həmahəng nümunələrlə iddiasını zənginləşdirir. Millətlərə və milliyyətçiliyə marksist tarixçi gözü ilə baxarkən, hakim siyasi elitalarla idarə edilən xalq kütlələri arasındakı fərqi də nəzərdən qaçırmır. Hobsbawm millətlərin modern konstruksiya olduğunu vurğulayaraq, onun milliyyətçi siyasi elitalar tərəfindən formalaşdırıldığını da tarixi nümunələrlə ortaya qoyur. Günümüzdə həm regionumuzda, həm də dünyada təkrar yüksələn milliyyətçiliyə şahidlik etdiyimiz bir vaxtda Hobsbawm-un tutduğu tarix fənəri bu yüksəlişin köklərini anlamağımız üçün çox əhəmiyyətlidir.