Məhsul kodu: 11592
Kitab Nadir şah Əfşarın qətlindən Qacarlar dövrünə qədər uzun bir tarixi mərhələnin təsvir və təhlilinə həsr edilib. Əslən lor tayfasından olan Kərim xanın hakimiyyət dövrü İranda dinclik və əmin-amanlıq dövrü kimi xarakterizə edilir. Kərim xanın özünü şah deyil, vəkil əd-dövlə (xalqın və dövlətin vəkili) elan etməsi Səfəvi xanədanına müsbət münasibəti kimi qələmə verilir. Elmi-populyar dildə yazılmış əsərin doğma dilimizdə nəşri İran və Azərbaycan tarixini araşdıran mütəxəssislər və ümumiyyətlə tarixsevərlər üçün nəzərdə tutulub.