Məhsul kodu: 11578
İbn Sinanın “Həyy ibn Yəqzan” və “Quş risaləsi” adlı fəlsəfi-alleqorik hekayələri ilk dəfə Azərbaycan dilində işıq üzü görür. “Həyy ibn Yəqzan”ın məlum versiyasından başqa, tədqiqatçı və tərcüməçilərin diqqətindən kənarda qalmış və indiyə kimi heç bir dilə tərcümə olunmamış digər bir versiyası da bu nəşrdə yer alıb. İbn Sinaya şamil olunan, lakin dövrümüzə qədər əsli çatmayan “Salaman və Əbsal” əsərinin Nəsirəddin Tusi tərəfindən yazılmış icmalının tərcüməsi sonda əlavə mətn kimi verilib. Eyni zamanda, İbn Sinaya aid edilən və ərəbcə yazılmış “əl-Ayniyyə” qəsidəsinin, farsca olan bir qəzəl və bir sıra rübailərinin ilk azərbaycanca tərcümələri isə müqəddimədə oxuculara təqdim olunub.