Məhsul kodu: 11514
Ovçu – müəllif özüdür. O, kəndləri, qəza şəhərlərini gəzib-dolaşır. Kəndlilər və mülkədarlarla tanış olur. Onlarla söhbət edir. Hadisələrin çoxunda özü yaxından iştirak edir. Əsər ayrı-ayrı müstəqil hekayələrdən ibarət olsa da, 40-50-ci illərin rus həyatı haqqında tam təsəvvür yaradır. O buna görə bütöv əsər təsiri bağışlayır. Təsvir olunan hadisələr və surətlər arasında güclü məntiqi əlaqə vardır. Kitabda “Ovçunun xatirələri” silsiləsindən seçmə hekayələr toplanıb.