Məhsul kodu: 11394
Babası Çingiz xan öldükdə Hüləgü 10 yaşlı uşaq idi. Əmisi Ögedey xan öldükdə 24 yaşlı moğol şahzadəsi hesab olunurdu. Qardaşı Məngü xan onu Orta Şərq səfərinə göndərdikdə 35 yaşlı komandandı. İsmaililəri və Abbasi xilafətini ortadan qaldırıb, adını moğol fatehləri cərgəsinə yazdırdığı vaxt 41 yaşı vardı. 42 yaşında isə moğol siyasi tarixinin gedişatını dəyişdirən liderə çevrildi. Hüləgü 48 yaşında həyata gözlərini yumduqda artıq qardaşı Kubilayla birlikdə fərqli bir Moğol dünyası yaratmışdı. Babası və əmilərinin xəyallarına son verən Hüləgü özünü elxan elan etdi və səlcuqlu-moğol ənənələrinin birləşməsindən yeni bir “Müsəlman aləmi” inşa etdi. Moğol xarakteri ilə müsəlman həyat tərzini birləşdirən Hüləgü xan Orta Şərqin dini-siyasi memarı oldu.
ISBN: 978-9952-5513-2-7