Məhsul kodu: 11333
Salam dostlar!
Mən Səssiz Sakit, bir az tənbəl, bir az maraqlı, həm də çox xəyalpərəst insanam. Mən də çoxunuz kimi müəllimlərimin ‘’Başı var, amma oxumur’’ dediyi həmin o şagirdlərdənəm. Adamın özü barədə danışmağı yaman çətin imiş. Nəşriyyatdakı əmilər və xalalar mənə kitabımı tanıtmağı məsləhət gördülər. Yaxşısı budur, hələlik, mən sizə bir az kitabın içindəkilərdən məlumat verim. Bu kitabda başıma gələn gülməli və maraqlı hadisələrdən danışmışam.
Məsələn, məktəbdəki “Qələmyonan təşkilatı”nın üzvləri və onların mənə qarşı hazırladıqları plan barədə yazmışam. Bizim məhəlləmizdəki “Oturan Buğa”nın niyə daima oturduğunu yazmışam və s. Həə, bir də aylarla sirrini aça bilmədiyim “Tini dönən adam’’ haqqında yazmışam. Görək, siz bu adamın sirrini aça biləcəksinizmi...