Məhsul kodu: 11292
Rusiya Azərbaycanı: müsəlman cəmiyyətində milli kimliyin formalaşması kitabı Azərbaycan türkləri və ya azərbaycanlılar arasında milli kimliyin yaranmasını təsvir edir. Əsas araşdırma dövrü 1905-ci il, yəni I Rus inqilabı dövründə Azərbaycan türklərinin öz milli istəklərini formalaşdırması ilə 1920-ci ildə Azərbaycan Sovet Respublikasının yarandığı dövrə qədərki hadisələrdən bəhs edir. Kitabın əsas mövzusu müsəlman cəmiyyətində yeni olan kollektiv kimliyi yaradacaq ideyalar və hadisələrdir.