Məhsul kodu: 11288
Əziz oxucular!
Bu kitabı yazmaqda məqsədim bildiklərimi və öyrəndiklərimi sizinlə də paylaşmaqdır. Psixoloji janrdamqələmə alınan bu kitab insanın ruhi vəziyyətinin, daxili aləminin əks olunması ilə qısa, amma hər
baxımdan insanda dərin, xoş hisslər yaradan, insanı düşündürən, onun özünü dərk etməsinə və həyatda nikbin yaşaya bilməsinə kömək edə biləcək bir kitabdır. Kitab iki hissədən ibarətdir: birinci hissədə insanın
özünü, varlığını dərk etməyə çalışmasından, özünü ruhən necə zənginləşdirə biləcəyindən bəhs edilir. İkinci hissədə isə valideynlərin övladları ilə necə
müsbət və həvəsləndirici ünsiyyət qura bilmələrindən bəhs edilir. Əlinizə alıb oxumağa başladığınız andan etibarən kitab artıq pozitiv təsirini göstərməyə başlayacaqdır.
Xoş mütaliələr!..