Məhsul kodu: 11099
Neft milyonçusu və görkəmli mesenat Hacı Zeynalabdin Tağıyev haqqında çoxsaylı rəvayətlər dolaşır. Bu isə onun əfsanələşməsinə səbəb olub. Tanınmış araşdırmaçı, kinossenarist Müsəllim Həsənovun qələmə aldığı bu kitabda isə Tağıyevə, onun şəxsiyyətinə və fəaliyyətinə folklor «həqiqət»lərindən deyil, tarixi mənbələr, arxiv materialları prizmasından nəzər salınır.
Müəllif öz araşdırmasında saysız-hesabsız qaynaqlara baş vurur, faktları müqayisə edərək ümumiləşdirir və Tağıyev barədə bütün suallara cavab tapmağa çalışır. Nəticədə aydın olur ki, məsələn, «Şollar suyu Bakıya Tağıyevin pulu ilə çəkilib» fikri şişirdilib, yaxud Hacı Zeynalabdinin Almaniyada bir restoranda azərbaycanlıların pulsuz yeyib-içməsi üçün yüzillik xərci ödəməsi barədə deyilənlər yalnız xalq yaradıcılığının məhsuludur. Bir sözlə, M.Həsənov gözlərimiz önündə görkəmli mesenatın trafaret olmayan həqiqi obrazını yaratmağa çalışıb və əminliklə deyə bilərik ki, bunu bacarıb.