Məhsul kodu: 11070
Bir çox ziddiyyətli fikirlər olmasına baxmayaraq, inkar etmək olmaz ki, təkamül ən fundamental elmi nəzəriyyələrdən biridir. Darvin orqanizmlərin təkamülünə dair tutarlı dəlillər təqdim edərək, orqanizmlərin quruluşunu izah edən prosesi - təbii seçməni kəşf etdi.
Təkamül nəzəriyyəsi nə üçün bu qədər müxtəlif orqanizm növlərinin olduğunu elmi şəkildə izah edir, bu orqanizmlər arasındakı oxşar və fərqli cəhətləri önə çıxarır, insanların Yer üzündə necə meydana gəldiyini və onların digər canlılarla bioloji əlaqələrini göstərir. Bütün bunlar bizə daim inkişafda olan bakteriyaları, virusları və digər patogenləri anlamağa, onların törətdiyi xəstəliklərə qarşı effektiv müdafiə vasitələrini təkmilləşdirməyə imkan verir. Təsərrüfatda, tibbdə və biotexnologiyada irəliləyişlər təkamül sayəsində mümkün olmuşdur.
Bütün sübutlara baxmayaraq, hələ də bir çox insan təkamül nəzəriyyəsini mübahisəli hesab edir. Tanınmış genetik və təkamülçü Fransisko X. Ayala altı əsas suala cavab verərək, bütün orqanizmlərin, o cümlədən insanların da onlardan çox fərqli əcdadlardan gəldiyini açıqlayır: Mən meymunam? Nə üçün təkamül bir nəzəriyyədir? DNT nədir? Bütün elm adamları təkamülü qəbul edirmi? Həyat necə başladı? Həm təkamülə, həm də Tanrıya inanmaq olarmı?