Məhsul kodu: 10565
Servantesin “Don Kixot”u XVI əsrdə İspaniyada atlanmış, o gündən öz dünya səyahətinə başlayıb.
Minlərlə cəngavərlik romanına nizə çevirən bu roman özünün ölməz Don Kixotu və Sanço Pansası ilə qalib çıxıb.
Beş qitəsində insan ağıllı, insan nağıllı yaşayan dünyamızın bütün nəsilləri zaman-zaman başını qaldırıb Yel dəyirmanlarını, Don Kixotu və onun sadiq silahdaşı Sanço Pansanı görür, gülümsəyir.
Bax, bu gülüş bütün əsrlərdə, bütün nəsillərdə uşaq təbəssümü kimi eyni olur, təmiz, saf.