Ölümsüz Ailə

Məhsul kodu: 9690

  • 6 AZN
  • 4.8 AZN


Müəllif
Natali Bebbit
Kateqoriya
Proza
Nəşriyyat
İz Nəşriyyatı
Səhifə
122
Tərcümə
İmanyar Quliyev
Təmin edilmə
1-3 İş günü
Stock
85

Qısa məzmun

“…Ölümün özü də doğum kimi çarxın bir parçasıdır. Çarxın bir parçası ilə razılaşıb o birini inkar etmək olmaz. Bütövün bir parçası olmaq bir lütfdür”.
“Ölüm yoxdursa, həyatın nə mənası var?! Ona heç həyat da demək olmaz. Biz yaşamırıq, Vinni, yol kənarındakı daşlar kimi sadəcə varıq”.
Meşənin ortasında ölümsüzlük gətirən sirli bir bulaq... Bu bulağın suyundan içib ölümsüzlüyü dadan, lakin buna şad olmayan bir ailə...
On yaşlı Vinni meşəyə yollanır. Lakin o heç ağlına da gətirməzdi ki, bu səsiz meşəlikdə onu hansı macəralar gözləyir: sehrli bulaq, əsrarəngiz bir ailə və ömrünün sonunadək qorumağa söz verdiyi bir sirr.
Vinni meşədəki bulaqdan bir qurtum su içmək istəyir. Lakin ölümsüz ailə, yəni Tak ailəsi bu gözəl qızın bulaqdan su içməsinə mane olur. Çünki onlar Vinninin axıb-gedən həyatın, dayanmadan dəyişən təbiətin bir parçası olmasını istəyir, bu gözəllikdən məhrum qalmasına könülləri razı olmur.
Görkəmli yazıçı Natali Bebbitin “Ölümsüz ailə” romanı milyonlarla oxucunun sevgisini qazanmış, dünyanın bir çox dillərinə tərcümə edilmiş və iki dəfə ekranlaşdırılmışdır. Hətta bu roman ABŞ və Avropa məktəblərinin tədris proqramına salınmışdır.
“Tuck Everlasting” (“Ölümsüz ailə”) romanı gənclər üçün ən yaxşı roman kimi Yanuş Korçak (Janusz Korczak Award) və 1976-cı ildə Kristofer (Christopher Award) mükafatına layiq görülmüşdür.
Roman “Ala-nın məşhur kitabı” adını almış və “Horn Book”
fanfar jurnalının siyahısına daxil edilmişdir.
2005-ci ildə roman məşhur müəllif, redaktor və tənqidçi Anita Silviya (Anita Silvey) tərəfindən “Uşaqlar üçün 100 ən yaxşı kitab” siyahısına daxil edilmişdir.
2007-ci ildə aparılan onlayn sorğu əsasında Milli Təhsil Assosiasiyası (National Education Association (NEA)) tərəfindən kitab “müəllimlərdən şagirdlərə 100 ən yaxşı kitab” siyahısına daxil edilmişdir.
2012-ci ildə “School Library Journal” tərəfindən dərc edilən sorğu nəticəsinə görə “bütün dövrlərin 100 ən yaxşı kitabı” siyahısında 16-cı yeri tutmuşdur.
Brodvey teatrında Roman əsasında səhnəyə qoyulan müzikl “2015-2016-cı illər ərzində ən yaxşı kosyum dizaynı” kateqoriyasında “Tony Award” mükafatına namizəd göstərilmişdir.


Çatdırılma şərtləri

Metrodaxili
2 AZN
Şəhərdaxili
3 AZN
Sumqayıt və ətraf ərazilər
5 AZN
Bölgələr
Bir kitab : 3.5 AZN
İki kitab : Hər kitaba görə 2.5 AZN
Üç və dörd kitab : Hər kitaba görə 1.8 AZN
Beş - yeddi kitab : Hər kitaba 1.5 AZN
Səkkiz və on kitab : Hər kitaba görə 1 AZN
On bir və daha artıq kitab : Hər kitaba görə 0.7 AZN

Rəy bildirin

Oxşar kitablar