Təəssübkeş

Məhsul kodu: 9416

  • 15.5 AZN


Müəllif
Rza Aslan
Kateqoriya
Araşdırma , Biqorafiya-Memuar , Din , Tarix
Nəşriyyat
Teas Press
Səhifə
292
Tərcümə
Təmin edilmə
1-3 İş günü
Stock
85

Qısa məzmun

Rza Aslanın İsanın şəxsiyyətinin araşdırılmasına həsr etdiyi “Təəssübkeş” əsəri İsa ilə bağlı təsəvvürlərdə ciddi təbəddülatlar yaradır. Müəllif İsanın yaşadığı dövrün müfəssəl təsvirini verir və düşündürücü suallar qoyur. Məsələn, xristianlığın banisi sayılan İsanın şəxsiyyəti haqda məlumatlar niyə bu qədər azdır? Olmaya onun şəxsiyyətini qəsdən unutdurublar? Doğrudanmı tarixi İsa müasir kilsənin təqdim etdiyi qədər sülhpərvər, mötədil olub? Müəllif bu suallara cavab axtarışında bir çox maraqlı nəticələrə gəlir. Rza Aslan İsanın şəxsi dini dünyagörüşünün bu gün xristianlıq kimi tanınan dinə çevrilməsinə qədər keçdiyi yolu addım-addım izləyir, hansı dəyişikliyin dövrün hansı tələblərindən irəli gəldiyini araşdırır. Burada Roma imperiyasına xidmət edən siyasi məqsədlər olub. Yəhudilikdən ayrılan xristianlıq hələ rüşeym dövründə olanda, İsanın dövründə, hətta onun çarmıxa çəkilməsindən sonra uzun müddət klassik yəhudiliklə, sonralar işğalçı imperiya ilə ziddiyyətlərdən qaçıb, özünü ona uyğunlaşdırıb. İkinci tendensiya xristianlığın simasını o qədər dəyişib ki, İsanın çarmıxa məhz “yəhudilərin padşahı” kimi çəkildiyi də unudulub, yəhudilər düşmən kimi təqdim edilib və xristianlar İsanın əzəli dinini əsrlər boyu sıxışdırıblar. Əslən İrandan olan, hələ uşaq ikən, İslam inqilabı zamanı ailəsi ilə ABŞ-a mühacirət edən Rza Aslanın tezisləri Qərbin dini dairələrində birmənalı qarşılanmayıb tez-tez tənqid edilsə də, müəllif bu əsəri ilə əslində heç də ittihamçı kimi çıxış etmir. Əksinə, dinin radikal təfsirinin əleyhdarı olan, mədəniyyətlər arasında toqquşma nəzəriyyəsini qəbul etməyən Rza Aslan hadisələri tarixilik baxımından araşdırmaqla göstərir ki, əslində burada məntiqin fövqündə olan bir şey yoxdur. Bir dinin yaşayıb çiçəklənməsi üçün onun daşıyıcılarının sağ qalması vacibdir. Deməli, din şəraitə uyğunlaşmalıdır. Bu tendensiya onun İslam tarixinə həsr etdiyi “Allahdan başqa ilah yoxdur” əsərində də hiss olunur.


Çatdırılma şərtləri

Metrodaxili
2 AZN
Şəhərdaxili
3 AZN
Sumqayıt və ətraf ərazilər
5 AZN
Bölgələr
Bir kitab : 3.5 AZN
İki kitab : Hər kitaba görə 2.5 AZN
Üç və dörd kitab : Hər kitaba görə 1.8 AZN
Beş - yeddi kitab : Hər kitaba 1.5 AZN
Səkkiz və on kitab : Hər kitaba görə 1 AZN
On bir və daha artıq kitab : Hər kitaba görə 0.7 AZN

Rəy bildirin

Oxşar kitablar