Sübh Çağı Bir An

Məhsul kodu: 9232

  • 11.99 AZN


Müəllif
Sara Reyner
Kateqoriya
Proza , Qorxu-Gərilim
Nəşriyyat
Yay Kitab
Səhifə
444
Tərcümə
Təmin edilmə
1-3 İş günü
Stock
85

Qısa məzmun

Brayton-London reysi. Saat 07:44 qatarı. Vaqonlar sərnişinlə doludur. Vaqonların birində qadınlardan biri makiyajını təzələyir. Digər qadın isə ətrafdakı insanları müşahidə edir. Yolçular arasında bir-biri ilə şirin-şirin söhbət edən ər-arvad da var. Digər vaqonda bir qadın nəfis tərtibatlı jurnalı vərəqləməklə məşğuldur. Sonra isə anidən hər şey dəyişir: sərnişinlərdən biri özünü pis hiss etməyə başlayır. İnfarkt keçirən bu kişinin həyatını xilas etmək mümkün olmur. Qatar dayandırılır və təcili yardım çağırılır. Bu hadisə azı üç sərnişinin həyatını kökündən dəyişir. İnfarkt keçirən kişi Lunun gözü qarşısında canını tapşırır. Şahidi olduğu bu dəhşətli səhnə onun həyatında silinməz iz buraxır. Qatarın yerindən tərpənməyəcəyini anlayan Luilə Anna eyni taksiyə minirlər. Anna Karenin ən yaxın rəfiqəsidir. Bəs Karen kimdir? Karen qatarda ölən kişinin həyat yoldaşıdır. O məşum qatar səyahətindən bir həftə sonrakı hadisələri işıqlandıran “Sübh çağı bir an” sevgidən, sədaqətdən, doğma insanların itkisindən, ailədən və dostluqdan bəhs edən təsirli əsərdir. Kitab hər anın bir hökmünün olduğunu, üzləşdiyimiz məhrumiyyətlərə rəğmən həyatın davam etməsinin mümkünlüyünü, daha doğrusu, istəsək də, istəməsək də davam etdiyini bizə bir daha xatırladır.


Çatdırılma şərtləri

Metrodaxili
2 AZN
Şəhərdaxili
3 AZN
Sumqayıt və ətraf ərazilər
5 AZN
Bölgələr
Bir kitab : 3.5 AZN
İki kitab : Hər kitaba görə 2.5 AZN
Üç və dörd kitab : Hər kitaba görə 1.8 AZN
Beş - yeddi kitab : Hər kitaba 1.5 AZN
Səkkiz və on kitab : Hər kitaba görə 1 AZN
On bir və daha artıq kitab : Hər kitaba görə 0.7 AZN

Rəy bildirin

Oxşar kitablar