Ağ Zanbaqlar Ölkəsi

Məhsul kodu: 8780

  • 9 AZN
  • 7.2 AZN


Müəllif
Grigory Petrov
Kateqoriya
Proza , Klassika , Siyasət
Nəşriyyat
Strauss
Səhifə
176
Tərcümə
İmanyar Quliyev, Səbuhi Şahmursoy
Təmin edilmə
1-3 İş günü
Stock
78

Qısa məzmun

“Finlandiya. Ağ zanbaqlar ölkəsi” əsəri Finlandiyanın qurulmasını, onun bataqlıq ərazidən ağ zanbaqlar ölkəsinə çevrilməsini təsvir edən Qriqori Petrovun ən məşhur əsəridir. Bu əsər müəllifin XIX əsrin əvvəllərində Finlandiya səyahətində tutduğu qeydlər əsasında yazılmışdır.

Əsərdə Finlandiyanın daşlı və bəhrəsiz torpaqlarından, savadsız və kasıb insanlarından, sürətlə pozulan cəmiyyətindən, azadlıq və sivilizasiya yolu ilə inkişafından, ziyalıların xalqı oyandırmasından, bugünkü fin mədəniyyətinin, sənayesinin və təhsilinin əsas təməllərinin atılmasından bəhs edilir. Müəllif demək istəyir ki, insanlar istəsələr, cəmiyyətin bütün sahələrində uğur qazana bilərlər. Kitab bizə bu ideyanı aşılayır, nümunə və faktlarla göstərir.

Beləliklə, kitabı oxuyan hər kəs “Bizdə nə çatışmır?” sualını özünə verəcək, gücün əsl mənbəyini tapacaqdır.

“Xalqı yaddan çıxarmayın! Hamınız xalqın içindən çıxmısınız. Bəs indi nə ilə məşğulsunuz? Savadsız həmvətənlərinizdən qaçırsınız? Yoxsa, xalqımızın firavanlığı üçün yollar axtarırsınız? Cəmiyyətin mədəni inkişafı naminə hansı işləri görürsünüz?”

“Gəncləri günahlandırmayın, özünüzü qınayın. Qəbahət gənclərdə deyil, sizdədir. Siz gəncləri necə tərbiyə edirsinizsə, onlar da elə yetişirlər. Gənclərə hansı tərbiyəni verirsiniz?”

“Qədim yunan mütəfəkkiri Sokrat meydanlarda illərlə həyatın gözəllik və gerçəklərini xalqa öyrətmişdir. Müasir Sokratlar hardadır?”

“Müdrik bir atalar sözündə deyilir ki, yeni cəmiyyətlər özləri ilə yeni nəğmələr gətirir. Zaman ötdükcə nəsillər də dəyişir və inkişaf edir. Hər nəsil özü ilə birlikdə yeni anlayışlar, yeni ehtiyaclar və yeni arzular gətirir.”Finlandiya. Ağ zanbaqlar ölkəsi


Çatdırılma şərtləri

Metrodaxili
2 AZN
Şəhərdaxili
3 AZN
Sumqayıt və ətraf ərazilər
5 AZN
Bölgələr
Bir kitab : 3.5 AZN
İki kitab : Hər kitaba görə 2.5 AZN
Üç və dörd kitab : Hər kitaba görə 1.8 AZN
Beş - yeddi kitab : Hər kitaba 1.5 AZN
Səkkiz və on kitab : Hər kitaba görə 1 AZN
On bir və daha artıq kitab : Hər kitaba görə 0.7 AZN

Rəy bildirin

Oxşar kitablar