Məhsul kodu: 4777
Ziqmund Freydin psixoanaliz mövzusunda yazdığı 15 irihəcmli elmi araşdırma əsəri məlumdur. Kiçik istisnaları nəzərə alaraq demək olar ki, bu əsərlər ana dilimizə tərcümə olunmayıb. Lakin, Freydlə ilk tanış olanlar üçün ən uyğun mətn, onun 1909-cu ildə Klark universitetində psixoanalizə dair oxuduğu 5 mühazirədir. Həmin ildə Amerika psixologiya assosasiyasının qurucusu və prezidenti Stenli Holldan, Vorçersterdəki Klark universitetində mühazirə oxumaq üçün dəvət almışdı. Dəvəti qəbul edən Freyd burada psixoanalizə dair beş mühazirə oxumuş və bununla da psixoanalizin Amerikada yayılmağa başlamasına təkan vermişdi. Onun bu mühazirələrində, qısa olsa da, ancaq psixoanalizin yaranması və inkişafı ilə bağlı ətraflı məlumat verilmişdir.
Oxuculara təqdim olunan bu kitabda dahi alimin həmin məruzələri ilə yanaşı olaraq A.Eynşteynlə məktublaşması və əsərlərindən dərilmiş aforizmləri də yer almışdır.