Canlı lətifələr, əhvalatlar, deyimlər

Məhsul kodu: 3190

  • 6.99 AZN
  • 5.6 AZN


Müəllif
Əjdər Ol
Kateqoriya
Biqorafiya-Memuar
Nəşriyyat
Qanun
Səhifə
328
Tərcümə
Təmin edilmə
1-3 İş günü
Stock
84

Qısa məzmun

Əziz oxucular!
Sizə təqdim olunan bu kitab çoxdan yazılmağa başlanan və yazıldıqca yazılan bir kitabdır.
Yaşamış və yaşamaqda olan görkəmli şəxsiyyətlərin və sadə insanların dilindən çıxmış şux lətifələr, maraqlı əhvalatlar, sərrast deyimlər xəzinəsi olan bu kitabda sələflərimizin və müasirlərimizin ömürlərinin ən yaddaqa-lan, ən duyğulu, ən həssas, ən müdrik, ən hazırcavab, ən uzaqgörən və ən fəhmli məqamları üzə çıxır.
Zaman-zaman ağızdan-ağıza gəzən, görüşlərdə, məclislərdə, orda-burda qulağım çalan bu canlı lətifələri, olmuş əhvalatları, yiyəsi tanınan deyimləri əlimə düşən kağızlarda əyri-üyrü xəttimlə yazıb dala atanda heç bilməzdim ki, yazdıqlarım haçansa qalın bir kitab olacaq.
Əvvəllər yazıçılarla bağlı lətifələri, əhvalatları, deyimləri yazıb götürür-düm. Sonra sənətçiləri də diqqətlə dinləməyə başladım. Sıraya siyasətçilər, dövlət adamları da gəldi. Daha sonra gördüm ki, yox balam, yazıçılardan, sənətçilərdən, siyasətçilərdən başqa da yan-yörəmizdə, yaxud, bizdən kənarda kəsərli, müdrik, məzəli deyimlərilə seçilən xeyli adam var. Və artıq məni onu kimin deməsindən asılı olmayaraq dəyərli söz, dərin məna, tutarlı fikirlər maraqlandırdı. Açığını deyim ki, indi də vaxtında deyilən, yerinə düşən, işə keçən diri söz qədər heç nə mənə toxtaqlıq gətirmir.
Mən bu kitabı ona görə yazdım ki, buradakı canlı lətifələrin, əhvalatların, deyimlərin itib-batmasına razı olmadım. Həm də deyim ki, bu xəzinəni yaradanların hamısı özümüzünkülər – öz siyasətçilərimiz, öz yazıçılarımız, öz alimlərimiz, öz sənətkarlarımız, öz tanış-bilişlərimizdir. Hamısının da bir-bir adını tutmuşam. Bir həqiqətdir ki, hər kəs özünkünü daha yaxşı tanıyır və özününkündən daha yaxşı yaza bilir.
Vallah, mən bu kitabımdakıları yazmasaydım, ömür-billah, heç kəs onların hamısına yiyə durmayacaqdı. Bəlkə də onların bir hissəsi adda-budda onun-bunun yazısına səpələnəcəkdi, deyə bilmərəm, ancaq bir kitaba toplanması müşkül işdi.
Uzaq keçmişdən üzübəri sayılıb-seçilmiş adamlarımızın deyilən, lakin yazıya alınmayıb havaya uçan o qədər mübarək fikirləri olub ki…
Makedoniyalı İsgəndərin ağzından çıxanı tez yazıya alırmışlar. Amma, bizim şahlarımızın, sərkərdələrimizin, başbilənlərimizin, qabaqdagedənlə­ rimizin şəxsiyyətini, qətiyyətini, ləyaqətini və başqa insani keyfiyyətlərini tanıda biləcək sözlərini yazılı şəkildə bizə ötürən olmayıb. Olubsa da alaya-rımçıq, dəngül-düngül olub belə yazılar.
Bu kitabda görkəmli siyasətçi və dövlət xadimi Heydər Əliyevin, fədakar alim Ziya Bünyadovun, həssas rəngkar Səttar Bəhlulzadənin, ustad sənətkar Habil Əliyevin, fantast yazıçı Namiq Abdullayevin, odlu şair Xəlil Rzanın və neçə-neçə dəyərli insanların ağzından çıxmış və isti-isti yazıya alınmış kəlamlara, duzlu-məzəli deyimlərə rast gələcəksiniz.
Sağollaşmazdan qabaq, yüngüllük olmasın, söz verirəm ki, başda ağıl, canda həvəs, qələm saxlamaq üçün əldə tutar olunca bu kitab yazılacaq.
İndi isə, buyurun kitaba!


Çatdırılma şərtləri

Metrodaxili
2 AZN
Şəhərdaxili
3 AZN
Sumqayıt və ətraf ərazilər
5 AZN
Bölgələr
Bir kitab : 3.5 AZN
İki kitab : Hər kitaba görə 2.5 AZN
Üç və dörd kitab : Hər kitaba görə 1.8 AZN
Beş - yeddi kitab : Hər kitaba 1.5 AZN
Səkkiz və on kitab : Hər kitaba görə 1 AZN
On bir və daha artıq kitab : Hər kitaba görə 0.7 AZN

Rəy bildirin

Oxşar kitablar