Anacan, Mən Böyüyürəm

Məhsul kodu: 3070

  • 18 AZN


Müəllif
Hatice Kübra Tonqar
Kateqoriya
Ailə , Araşdırma , Psixologiya , Elmi-Kütləvi
Nəşriyyat
Teas Press
Səhifə
288
Tərcümə
Təmin edilmə
1-3 İş günü
Stock
84

Qısa məzmun

Əziz anam!
Məni bapbalaca bir bələkdə evə gətirdiyin günü xatırlayırsanmı? Mənə aldığın paltarlar əynimə hələ çox böyük idi. Bəlkə də balaca bədənimə baxıb necə böyüyəcəyimi fikirləşirdin. Hətta bəlkə də bir az qorxmuşdun. Amma o gündən aylar keçib və mənim bir yaşım tamam olub.
İndi səninlə birlikdə ikimiz üçün də yeni olan bir dövrə qədəm basırıq. Artıq mən çağalıqdan uşaqlıq mərhələsinə doğru sürətlə gedən balaca bir tədqiqatçı yam...
Əlbəttə ki, mənimlə birlikdə sənin həyəcanın, narahatlığın və problemlərin də böyüyür. Xoşbəxt və qayğısız yaşamağım üçün hər şeyin qaydasında olmasını istəyirsən.
Narahat olma, anacan, bu məsələdə ən böyük köməkçin yenə də elə mən özüm olacam. Mənə qulluq etməkdən tutmuş qidalanmağıma, oyunlarımdan ta fiziki inkişafıma qədər bir çox məsələlər barədə xeyli məlumatın olmalıdır. Onların hamısını sənə elə mən özüm verəcəyəm. Bu kitabda sənin ehtiyac duyduğun bütün məlumatlar var.
Böyüklərimizin bu mənada bir sözü var: Valideyn olmaq asandır, əsas odur ki, valideynlik edə biləsən .
Valideyn olmağın məsuliyyət tələb edən cəhətlərindən biri də uşaqların hansı yaş dövründə nəyə ehtiyacının olduğunu bilməkdir.
Kitabın süjeti boyunca iki fundamental suala cavab tapacaqsınız: Uşağımdan hansı ayda (və ya yaşda) nə gözləməliyəm? və İnkişafının bu dövründə onunla necə davranmalıyam?
Bu iki suala düzgün cavab verən valideynlər uşaqlarına da ən böyük yaxşılığı etmiş olacaqlar. Bu cür qiymətli kitabı biz valideynlərə təqdim etdiyi üçün Hatice xanıma təşəkkür edir, bütün oxuculara zövqlü qiraət arzulayıram .
Pedaqogika dərnəyinin rəhbəri, pedaqoq-ekspert Mehmet Teber


Çatdırılma şərtləri

Metrodaxili
2 AZN
Şəhərdaxili
3 AZN
Sumqayıt və ətraf ərazilər
5 AZN
Bölgələr
Bir kitab : 3.5 AZN
İki kitab : Hər kitaba görə 2.5 AZN
Üç və dörd kitab : Hər kitaba görə 1.8 AZN
Beş - yeddi kitab : Hər kitaba 1.5 AZN
Səkkiz və on kitab : Hər kitaba görə 1 AZN
On bir və daha artıq kitab : Hər kitaba görə 0.7 AZN

Rəy bildirin

Oxşar kitablar