Yoxsul İnsanlar

Məhsul kodu: 11954

  • 11.99 AZN
  • 9.6 AZN


Müəllif
Fyodor Dostoyevski
Kateqoriya
Klassika , Proza
Nəşriyyat
Çardaq
Səhifə
152
Tərcümə
Həmid Piriyev
Təmin edilmə
1-3 İş günü
Stock
100

Qısa məzmun

“Yoxsul insanlar” romanı dünya ədəbiyyatının klassiki Fyodor Mixayloviç Dostoyevskinin rəsmi surətdə çap olunan ilk əsəridir. 1844-45-ci illərdə yazılan roman ilk dəfə 1846-cı ilin yanvarında Nikolay Nekrasovun “Peterburq icmalı” jurnalında çap olunur. Müəllif 1847, 1860 və 1867-ci illərdə yenidən romana qayıdıb düzəlişlər edir, roman, nəhayət, indi əlimizdə tutduğumuz versiyanı qazanır. “Yoxsul insanlar” 23 yaşlı müəllifin ilk romanı olsa da, ona öz ölkəsində böyük şöhrət gətirir. Hətta onu Puşkin və Qoqolla müqayisə edirlər.
Epistolyar janrda qələmə alınmış roman qoca müfəttiş Makar Devuşkinlə gənc yetim qız Varvara Dobroselovanın bir-birinə göndərdiyi əlli dörd məktubdan ibarətdir. Makar Devuşkin qızın yaşadığı evlə üzbəüz mənzildə otaq kirayələyir, maaşı az olsa da, dərziliklə pul qazanan Varvaraya kömək edir. Romanın gedişatında biz Varvaranın həyatını da öyrənirik. Lakin bu səmimi dostluğun sonu ayrılıqla bitir.
Romanda digər “yoxsul insanlar”la da tanış oluruq. Bir vaxtlar Varvaranın aşiq olduğu tələvə Pokrovski və onun atası ilə, Devuşkinin qonşusu Qorşkov və onun ailəsi ilə... Bu adamların hamısının həyatı faciəvidir, lakin heç biri üsyan etmir, bunu alın yazısı kimi qiymətləndirir.
Romandakı personajları digər böyük yazıçıların personajları ilə eyniləşdirirlər. Devuşkin və Varvara Dobroselovanı Getenin “Gənc Verterin iztirabları” romanındakı Verter və Lottası ilə, tələbə Pokrovskinin atasını Balzakın Qorio atası ilə, Devuşkini öz növbəsində Qoqolun “Şinel”inin Akaki Akakiyeviçi ilə...
İstənilən halda, “Yoxsul insanlar” özündə gələcək ədəbiyyat dühasının ilk işartılarını daşıyırdı.


Çatdırılma şərtləri

Metrodaxili
2 AZN
Şəhərdaxili
3 AZN
Sumqayıt və ətraf ərazilər
5 AZN
Bölgələr
Bir kitab : 3.5 AZN
İki kitab : Hər kitaba görə 2.5 AZN
Üç və dörd kitab : Hər kitaba görə 1.8 AZN
Beş - yeddi kitab : Hər kitaba 1.5 AZN
Səkkiz və on kitab : Hər kitaba görə 1 AZN
On bir və daha artıq kitab : Hər kitaba görə 0.7 AZN

Rəy bildirin

Oxşar kitablar