Güney Azərbaycan

Məhsul kodu: 11608

  • 14.99 AZN
  • 12 AZN


Müəllif
Cəmil Həsənli
Kateqoriya
Nəşriyyat
Qanun
Səhifə
496
Tərcümə
Təmin edilmə
1-3 İş günü
Stock
100

Qısa məzmun

London Universitetinin Tarix Araşdırmalar İnstitutunun dəvətli tədqiqatçısı Professor Cəmil Həsənlinin oxuculara təqdim edilən bu kitabı “Güney Azərbaycan” mövzusunda onun uzun illər apardığı elmi axtarışların məhsuludur. Kitab elmi-publisistik səpkidə yazılmışdır. Onu müəllifin “Şirinli-acılı Təbriz hekayələri” də adlandırmaq olar. Gerçəkdən adam bu hekayələrin sehrinə düşür,

Güneyin tarixində önəmli rol oynayan “21 Azər” hərəkatına gedən yolun yolçusu olur. Kitab Güney və Quzey
azərbaycanlıların ortaq sevgisindən doğan Milli Hökumətin yaranması və ilk addımları haqda məlumatları oxucuya çatdırır. “Fədai” dəstələrinin qəhrəman mübarizəsi, Təbriz ziyalılarının ana dili yanğısı, Sovet Azərbaycanından Güneyə ezam edilmiş siyasi işçilərin kövrək duyğuları bu əsərin əsas qayəsini təşkil edir.

Kitabda Azərbaycan mövzusunun beynəlxalq aləmə çıxması, diplomatik müzakirələrə daxil olması, Sovetlərin İranda neft istəkləri, “Güney Azərbaycan” məsələsinin dövlətlərarası çəkişməyə səbəb olması və digər maraqlı məsələlər öz əksini tapmışdır. Onun hazırlanması üçün müəllif Azərbaycan, Rusiya, ABŞ, Böyük Britaniya və digər ölkələrin nadir arxiv materiallarından geniş istifadə etmişdir. Kitabda “Soyuq müharibə” erasının məhz Güney Azərbaycandan başlanması, Qərb – Şərq qarşıdurmasının Təbrizdən keçməsi bir sıra sirli məqamlardan xəbər verir.

Kitabın səhifələrində əksini tapan “21 Azər”in milli taleyimizə işıq tutan dramatik hadisələri qəlbinizi ovsunlayacaq. Kitab, içində VƏTƏN sevgisi, Təbriz həsrəti yaşadan oxucular üçün nəzərdə tutulmuşdur.


Çatdırılma şərtləri

Metrodaxili
2 AZN
Şəhərdaxili
3 AZN
Sumqayıt və ətraf ərazilər
5 AZN
Bölgələr
Bir kitab : 3.5 AZN
İki kitab : Hər kitaba görə 2.5 AZN
Üç və dörd kitab : Hər kitaba görə 1.8 AZN
Beş - yeddi kitab : Hər kitaba 1.5 AZN
Səkkiz və on kitab : Hər kitaba görə 1 AZN
On bir və daha artıq kitab : Hər kitaba görə 0.7 AZN

Rəy bildirin

Oxşar kitablar