Arxipelaq Alovlanır

Məhsul kodu: 11573

  • 12 AZN
  • 9.6 AZN


Müəllif
Jül Vern
Kateqoriya
Proza , Klassika , Macəra
Nəşriyyat
Gündüz Yayınları
Səhifə
256
Tərcümə
Əkbər Ağayev
Təmin edilmə
1-3 İş günü
Stock
100

Qısa məzmun

Elmi-fantastik romanları ilə bütün dünyada məşhur olan fransız yazıçısı Jül Vern “Arxipelaq alovlanır” romanı - XIX əsrin 20-ci illərində yunan vətənpərvərlərinin azadlıq uğrundakı mübarizələrinə, onların Yunanıstanın istiqlaliyyəti naminə göstərdikləri qəhrəmanlığa həsr olunmuşdur. Bu əsər Jül Vernin ən yaxşı tarixi romanlarından biri kimi 1884-cü ildə Parisdə çap olunmuşdur.
Məlumdur ki, Jül Vern həmişə öz elmi-fantastik və tarixi romanlarında təsvir etdiyi ölkələrin, xalqların həyatı haqqında maraqlı məlumat verməyi də unutmur. Asılı və ya müstəmləkə vəziyyətində olan ölkələr, öz azadlığı və istiqlaliyyəti uğrunda işğalçılara qarşı mübarizə aparan xalqlar haqqında danışanda Jül Vern milli-azadlıq hərəkatına rəğbətini, zülmkarlara qarşı nifrətini gizlətməmiş, bütün varlığı ilə azadlıq carçısı olan, xalq işi uğrunda mətanətlə vuruşub qəhrəmanlıqlar göstərən surətləri xüsusi məharətlə təsvir etmişdir. “Arxipelaq alovlanır” əsərində də müəllifin yunan xalqının tarixi qəhrəmanlıq mübarizəsinə demokratik mövqedən yanaşdığı və Osmanlı imperiyasının Balkanlarındakı siyasəti əleyhinə olduğu aydın hiss olunur.
Romanda təsvir olunan hadisələr Yunanıstandakı azadlıq müharibələrinin, demək olar ki, son mərhələsi ilə bağlıdır və təxminən birillik dövrü əhatə edir (1827-ci ilin oktyabrından 1828-ci ilin sentyabrına qədər). Jül Vern bu dövrü məhz ona görə seçmişdir ki, Yunanıstanın istiqlaliyyəti uğrundakı vuruşmalarının ən maraqlı, ən dramatik lövhələrini qələmə alsın və hadisələrin inkişafının yüksək zirvəsini göstərə bilsin. Müəllif bu məqsədinə nail olmuşdur. Onun yaratdığı əsas və ikinci dərəcəli ( həm tarixi şəxsiyyətlər, həm də müəllifin uydurduğu) surətlər arasındakı mürəkkəb və gərgin konflikt tarixi hadisələrin əsas istiqamətinə uyğun olmaqla bərabər obrazlarının xarakterinin açılmasına imkan verir.


Çatdırılma şərtləri

Metrodaxili
2 AZN
Şəhərdaxili
3 AZN
Sumqayıt və ətraf ərazilər
5 AZN
Bölgələr
Bir kitab : 3.5 AZN
İki kitab : Hər kitaba görə 2.5 AZN
Üç və dörd kitab : Hər kitaba görə 1.8 AZN
Beş - yeddi kitab : Hər kitaba 1.5 AZN
Səkkiz və on kitab : Hər kitaba görə 1 AZN
On bir və daha artıq kitab : Hər kitaba görə 0.7 AZN

Rəy bildirin

Oxşar kitablar