Mən Onu Sevirdim

Məhsul kodu: 11488

  • 7 AZN
  • 5.6 AZN


Müəllif
Anna Qavalda
Kateqoriya
Proza , Romantika , Dramatik
Nəşriyyat
Strauss
Səhifə
136
Tərcümə
Lamiyə Göycəyeva
Təmin edilmə
1-3 İş günü
Stock
100

Qısa məzmun

“Tərk edilənlərə hamının canı yanır, onları təsəlli edirlər, bəs gedənlər?”
“Həyat onu inkar etsən də, ona biganə qalsan da, onu saya salmasan da, həmişə səndən güclüdür. Hər şeydən güclüdür. İnsanlar ölüm düşərgələrindən qayıdıb dünyaya uşaq gətirirdilər. İşgəncələrə məruz qalan, yaxınlarının ölümünə, evlərinin yanıb kül olmasına şahid olan kişi və qadınlar yenə avtobus dalınca qaçır, hava xəbərlərini müzakirə edir, qızlarını ərə verirdilər. İnanmaq çətin də olsa, bu belədir. Həyat hər şeydən güclüdür”.

Dəhşəti söz – xəyanət... Kim onun ağrısını dadıb onunla ləyaqətlə yaşamağa qadirdir? Bir qış səhəri Kloyi çox sevdiyi əri Adrianın onu tərk edib başqa bir qadınla getdiyini öyrənir. Kloyinin qayınatası Pyer tez-tələsik onu və iki balaca nəvəsini ailənin bağ evinə aparmaq qərarına gəlir, ümid edir ki, orada bu məsələni götür-qoy edəcək və bundan sonrakı həyatları barədə düşünəcəklər.
Səni başqa bir qadına dəyişən ərinin atası ilə nə qədər səmimi ola bilərsən?! Pyerin əhvalatı – onun xəyanəti, dağılmayan ailəsi və hələ də qəlbini sızladan kədərli məhəbbət hekayəsi – Kloyini düşünməyə vadar edir: bəlkə, qızları daha xoşbəxt bir ataya layiqdirlər?

“Mən onu sevirdim” naxış kimi toxunmuş, bəzən ürək ağrıdan, həyəcanlı və realist romandır. Bu kitab çərçivəli düşüncələrlə buxovlanmış həyatların qulağına “Daha gözəlinə layiqsən” cümləsini pıçıldayan ümid dolu bir hekayədir…”
― “Elle” jurnalı

““Mən onu sevirdim” dinamik, lakin kədərli bir romandır; ürəkparçalayan, zərif, səmimi bir məhəbbət hekayəsidir. Səhifələri vərəqlədikcə görürsünüz ki, Qavalda bizdən, itirdiyimiz insanlardan, yalanlardan, qorxaqlıqdan, həyatın bizi çəkdiyi sınaqlardan danışır. Bu roman atılmış bir qadınla həyatının ən böyük səhvini edən bir kişinin hekayəsidir”.
― yazıçı Frederik Beqbeder


Çatdırılma şərtləri

Metrodaxili
2 AZN
Şəhərdaxili
3 AZN
Sumqayıt və ətraf ərazilər
5 AZN
Bölgələr
Bir kitab : 3.5 AZN
İki kitab : Hər kitaba görə 2.5 AZN
Üç və dörd kitab : Hər kitaba görə 1.8 AZN
Beş - yeddi kitab : Hər kitaba 1.5 AZN
Səkkiz və on kitab : Hər kitaba görə 1 AZN
On bir və daha artıq kitab : Hər kitaba görə 0.7 AZN

Rəy bildirin

Oxşar kitablar