İnadcıl Keraban

Məhsul kodu: 11384

  • 12 AZN
  • 9.6 AZN


Müəllif
Jül Vern
Kateqoriya
Fantastik , Klassika , Proza
Nəşriyyat
Nərmin Yayın Evi
Səhifə
400
Tərcümə
Təmin edilmə
1-3 İş günü
Stock
100

Qısa məzmun

1828 -1905-ci illər arasında yaşayan məşhur fransız yazarı Jül Vernin maraqlı və oxucuların diqqətindən kənarda qalan bir romanıdır “İnadcıl Keraban”. Dünya ədəbiyyatında Jül Verni uşaqlar üçün macəralar yazan bir romançı, yaxud tam bir fantastik yazıçı olaraq təqdim etmək doğru deyil. Halbuki, oxuyacağınız bu kitabın bizi maraqlandıran, bizim üçün əhəmiyyətini artıran bir tərəfi var: Bu, mövzusu Osmanlı coğrafiyasından keçən, qəhrəmanlarının böyük bir qismi Osmanlı xalqından seçilən bir əsərdir. Romanda “İmperatorluğun ən uzun əsri”ndə, XIX yüzilin sonlarında yaşananlar təsvir olunur. İstanbulda başlayan hadisələr, geniş və macaradolu maraqlı bir Qaradəniz ətrafı səyahətlə davam edərək sonda, yenə İstanbulda başa çatır.
Romanda, XIX əsrin Osmanlı toplumu ilə bağlı başqa məlumatlar da yer alıb. Burada yaşayan müxtəlif millət və xalqların geyim və mətbəx mədəniyyəti, qadın-kişi münasibətləri, evlənmə ritualları, Ramazan ənənələri, eyni zamanda imperatorluğun ədalət sistemi, dənizçilik və tayfa idarəçiliyi, istifadə edilən pul vahidləri, poçt təşkilatı, kölə ticarəti kimi mövzularla yanaşı, müxtəlif toplumların folkloru və sosial həyat tərzlərinə də müəllifin xüsusi yanaşması var ki, bu da əsərin bədii yükünü xeyli dərinləşdirmiş olur. Əsərdə müəllif həmçinin qəhrəmanlarının səyahət boyu keçdiyi bölgələrin coğrafiyası, tarixi, arxitekturası, mifologiyası, eləcə də zəngin təbiəti haqqında ətraflı məlumat verir.


Çatdırılma şərtləri

Metrodaxili
2 AZN
Şəhərdaxili
3 AZN
Sumqayıt və ətraf ərazilər
5 AZN
Bölgələr
Bir kitab : 3.5 AZN
İki kitab : Hər kitaba görə 2.5 AZN
Üç və dörd kitab : Hər kitaba görə 1.8 AZN
Beş - yeddi kitab : Hər kitaba 1.5 AZN
Səkkiz və on kitab : Hər kitaba görə 1 AZN
On bir və daha artıq kitab : Hər kitaba görə 0.7 AZN

Rəy bildirin

Oxşar kitablar