Hərflərin Vahiməsi

Məhsul kodu: 11179

  • 9.99 AZN
  • 8 AZN


Müəllif
Aqşin Yenisey
Kateqoriya
Proza , Çağdaş Azərbaycan Ədəbiyyatı
Nəşriyyat
Qanun
Səhifə
144
Tərcümə
Təmin edilmə
1-3 İş günü
Stock
99

Qısa məzmun

Çox səsli roman janrında yazılan “Hərflərin vahimə­si”nin mövzusu XX əsrdən üzü bəri bir-birini izləyən modern romanların bəhs etdiyi iqtidar-sənət qarşıdurmasıdır. Bu, əslində, güc olanla estetik olanın konfliktidir. Müəllifin məqsədi iqtidar gücünün ona qarşı müxalif olan sənəti öz nəzarətində saxlamaq üçün hansı bürokratik oyun qaydalarını işə saldığını və bu oyunun iştirakçısına çevrilən sənət adamının hansı faciələrlə üzləşdiyini göstərməkdir.
İqtidarın ideoloji maraqlarından doğan himayədarlıq təklifinə özünün acınacaqlı ehtiyaclarının dili ilə cavab verən yazar, öz timsalında sənətin ürək həqiqətini həyatın çörək həqiqətinə qurban verdiyinin fərqində. O, seçim qar­şı­sındadır; ya məşəqqətli, amma yaradıcı azadlıq, ya da gücün himayəsinə sığınan qısır və tox rahatlıq. Romanın qəhrəmanı mənsub olduğu cəmiyyətin fikrini öyrənmək istəyir. Artıq əxlaqi aşınmaya uğradılmış cəmiyyət ona aşağılayıcı bir dillə ikincini seçməyi, yəni azadlığını rahat­lığına qurban verməyi məsləhət görür. Fərd və cəmiyyət di­a­lo­qu fərdin məğlub olması ilə başa çatır. Beləliklə, siyasət oyuna çəkdiyi sənəti neytrallaşdırır, onu bir heçə çevirir. Söz çörəyə, gözəllik gücə yenilir. Zəncirini qırmış fərd öz mağarasına geri qayıdır, lakin o, artıq burada heç kimə lazım deyil.


Çatdırılma şərtləri

Metrodaxili
2 AZN
Şəhərdaxili
3 AZN
Sumqayıt və ətraf ərazilər
5 AZN
Bölgələr
Bir kitab : 3.5 AZN
İki kitab : Hər kitaba görə 2.5 AZN
Üç və dörd kitab : Hər kitaba görə 1.8 AZN
Beş - yeddi kitab : Hər kitaba 1.5 AZN
Səkkiz və on kitab : Hər kitaba görə 1 AZN
On bir və daha artıq kitab : Hər kitaba görə 0.7 AZN

Rəy bildirin

Oxşar kitablar