Böyük Adamların Təbiəti&Tərəqqi Qəddarlığın Təkamülü Kimi

Məhsul kodu: 10469

  • 20 AZN
  • 16 AZN


Müəllif
Anri Joli , Mixail Aleksandroviç Engelqardt
Kateqoriya
Fəlsəfə , Elmi-Kütləvi , Araşdırma , Sosiologiya
Nəşriyyat
Zəkioğlu
Səhifə
260
Tərcümə
Əlisa Nicat, Yusif Rəhimoğlu
Təmin edilmə
1-3 İş günü
Stock
100

Qısa məzmun

Fransız filosofu Anri Jolinin (1839-1925) Böyük adamların təbiəti kitabı 1883-cü ildə yazılmışdır. Vaxtilə Parisin Sorbonna Universitetində fəlsəfə professoru olmuş A.Joli ilk fəsildəcə bu mövzuya müraciət etməsinin səbəbini açır: “Dəliliyə və cinayətə həsr edilmiş əsərlərin sayı çoxdur və gündən-günə artır. Əksinə, dahiliyin tədqiqinə həsr olunmuş əsərlər çox nadirdir...”.

Müəllif əsərdə ən istedadlı və həssas bir psixoloq kimi böyük elm və sənət, eləcə də bəşəri əməl sahiblərinə xas olan dühanın, onun təzahür forması olan ilhamın təbiətinin açılması üçün bütün bilik və qabiliyyətini sərf etmiş və dövrünün verdiyi imkanlar daxilində buna nail olmuşdur. Filosofun fikrincə, böyük adam tarixdə bizi hər şeydən artıq heyrətə gətirən mürəkkəb gerçəklik, konkret varlıqdır, o, bizim əksəriyyətimizdən niyyətlərinin, hisslərinin və fəaliyyətinin böyüklüyü ilə üstün olandır. İlham dühanın hər cür ideya və niyyətinin daimi möhürü olduğu kimi, dühanın özü də böyük adamların həmişəlik qismətidir.

Cildə daxil olan ikinci kitab - M.A.Engelqardtın elmi-kütləvi “Tərəqqi qəddarlığın təkamülü kimi” əsəri məzmununa görə qeyri-adi və unikaldır. Sanki dünya elmində hökm sürən sarsılmaz qanunlara qarşı yazılmışdır. Bundan ötrü əsərin bəzi fəsillərinin və bölmələrinin adlarına diqqət yetirmək kifayətdir: “Müharibə-tərəqqinin kamertonu”, “Mədəni insanın humanistliyinin aldadıcı vüsəti”, “Tərəqqi adamyeyənliyin təkamülü kimi”, “Cinayət sivilizasiyanın məhsulu kimi”, “Avropa əxlaqı: qəddarlığın bütün formalarının təkamülü və riyakarlıq” və s. “Sivilizasiya vəhşi heyvanı insana çevirdi” deyən müəllif dərhal da “Sivilizasiya insanı vəhşi heyvana çevirdi” formulunu irəli sürür. M.A.Engelqardt əsərindəki paradoksları əvvəlcədən belə izah edir: “Bu kitabda irəli sürülüb inkişaf etdirilən fikirlər yeni deyil. Ümumiyyətlə, yeni fikirlər olmur, onların hamısı insan fikrinin özü kimi köhnədir. Mən yalnız bir-birinə qarşı olan iki həllin, bir-birilərini inkar edən iki antitezin ümumi mümkün olan suallarını nəzərdə tuturam”.

Dünya və insan necə, hansı qanunlarla inkişaf edirlər? Tərəqqi nədir: əxlaqın tədricən yumşalıb nəcibləşməsi, yoxsa insan təbiətinin pis cəhətlərinin təkamülü? Bu tip çoxsaylı sualların cavablandırıldığı kitab ustalıqla yazılmışdır, külli miqdarda maraqlı və az məlum olan faktlarla zəngindir.


Çatdırılma şərtləri

Metrodaxili
2 AZN
Şəhərdaxili
3 AZN
Sumqayıt və ətraf ərazilər
5 AZN
Bölgələr
Bir kitab : 3.5 AZN
İki kitab : Hər kitaba görə 2.5 AZN
Üç və dörd kitab : Hər kitaba görə 1.8 AZN
Beş - yeddi kitab : Hər kitaba 1.5 AZN
Səkkiz və on kitab : Hər kitaba görə 1 AZN
On bir və daha artıq kitab : Hər kitaba görə 0.7 AZN

Rəy bildirin

Oxşar kitablar